Çərşənbə axşamı , May 28 2024
Ana səhifə / Sosial / Məşhur çörək zavodunda natəmizlik aşkarlanıb

Məşhur çörək zavodunda natəmizlik aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Zaur Şərifov küçəsi, ev 22 ünvanında fəaliyyət göstərən “Binə Çörək Zavodu” MMC-yə məxsus çörək emalı müəssisəsində yoxlama keçiriblər.
Azinforum.az
AQTA-nın yaydığı məlumatlara istinadən xəbər verir ki, yoxlama zamanı xəmir yoğurma sahəsində çirkab suyun toplandığı, anbar sahəsində havalandırma sisteminin quraşdırılmadığı, divar və tavanında bəzi hissələrin tamlığının pozulduğu, emal sahəsinin normativlərə cavab vermədiyi və müvafiq təmizlik işlərinin aparılmadığı məlum olub.
Qeyd olunur ki, faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nöqsanların aradan qaldırılmasına dair göstərişlər verilib.

Həmçinin oxuyun

Bakının ən çox və ən az əməkhaqqı alan rayonları – SİYAHI

2024-cü ilin 1 aprel tarixinə Bakı şəhərində muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən …