Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / “Azərbaycan NATO-nun vacib tərəfdaşıdır” – Baş katib

“Azərbaycan NATO-nun vacib tərəfdaşıdır” – Baş katib

“Azərbaycan NATO üçün dəyərli tərəfdaşdır. NATO Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirir. Azərbaycanın bu əməliyyatlarda iştirakı Avratlantik çağırışların həllinə böyük töhfədir”

Bu sözləri jurnalistlərə müsahibəsində IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan NATO baş katibinin ictimai məsələlər üzrə müavini Tacan İldem deyib.

Tacan İldem ilk dəfə olaraq bu vəzifədə Azərbaycana səfərindən məmnun olduğunu vurğulayıb. O, Azərbaycanın NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli dəstək” sülhməramlı missiyasında fəal iştirakını yüksək qiymətləndirib. Baş katibin müavini deyib ki, NATO və Azərbaycan müdafiə, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq edir.

Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən bəhs edən Tacan İldem çoxsaylı ölkələri və beynəlxalq təşkilatları bir araya toplayan bu tədbiri müasir dünyamızın üzləşdiyi bir sıra problemlərin həllində çox vacib təşəbbüs kimi dəyərləndirib. (AzərTAc)

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın