Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Azərbaycanda sentyabr ayından tez toy keçirilməyəcək – RƏSMİ

Azərbaycanda sentyabr ayından tez toy keçirilməyəcək – RƏSMİ

“Azərbaycanda toyların təşkilinə yalnız sentyabrda icazəverilə bilər”.

Bunu TƏBİB İdarə heyətinin rəhbəri Ramin Bayramlı Anews.az-ın sualını cavablandırarkən bildirib. 

“Karantin müddətində koronavirusa yoluxma hallarının sayından, sanitar epidemioloji durumdan asılı olaraq Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilər. Bu da yaşadığımız ilin sentyabrından tez olmayacaq”, – deyə Ramin Bayramlı bildirib. 

Mayın 18-dən Azərbaycanda karantin rejiminin bəzi müddəaları ilə bağlı yumşalmalar edilib, kafe və restoranlar açılıb. Amma 10 nəfərdən artıq insanın kafe və restoranlara yığışmasına dair qadağa aradan götürülməyib. 

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …