Cümə axşamı , May 2 2024
Ana səhifə / Sosial / “Azərbaycan İsraildə səfirliyini açmalıdır” –  DEPUTAT

“Azərbaycan İsraildə səfirliyini açmalıdır” –  DEPUTAT

“Onsuzda Rusiya bizə dəstək vermir. Biz hansı ölkə ilə əlaqələr qururuqsa, bunun başqalarına nə dəxli? Bu gün İsraildən silah alırıq, yaxın əməkdaşlığımız var, amma kim bizə deyə bilər ki, niyə belə edirsiniz? Ona görə də düşünürəm ki, bu məsələ ümumiyyətlə müzakirə mövzusu olmamalıdır. İstənilən vaxt bunu etməliyik. Ümid edirəm ki, bu istiqamətdə müəyyən addımlar atılacaq və səfirlik açılacaq.

Bu sözləri Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa “Yeni Musavat”a açıqlamasında İsraildə Azərbaycan səfirliyinin açılması perspektivini şərh edərkən bildirib.

Deputatın sözlərinə görə, müsəlman dünyası ilə də əlaqələrimiz genişlənməlidir. Amma müsəlman dünyası da reallığı qəbul edir ki, biz bütün hallarda özümüzü qorumaq üçün müəyyən addımlar atmaq məcburiyyətindəyik: “Çünki erməni işğalından Azərbaycanı qoruyacaq heç bir qüvvə yoxdur. Azərbaycanın özü özünə dostlar tapmalı, hamı ilə münasibətləri bərpa etməlidir ki, normal vəziyyətdən çıxa bilsin. Ona görə də İsraildə səfirlik açmağımızın heç bir ölkəyə ziyanı yoxdur. Əgər bu hər hansı bir ölkəyə qarşı çevrilsəydi, bunu anlayışla qarşılamaq olardı. İndi heç bir ölkəyə qarşı çevrilməyib. Buna görə də, səfirliyi açmaq lazımdır”.

Həmçinin oxuyun

Aİ Azərbaycanda minalardan təmizləmə ilə bağlı yeni təşəbbüslə çıxış edəcək

Aİ və Azərbaycan yaxın tərəfdaşlar olaraq qalır. Bizim aktiv dialoqumuz davam edir. APA xəbər verir …

Bir cavab yazın