Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Azay Quliyev ATƏT PA-nın baş katibi ilə görüşüb (FOTO)

Azay Quliyev ATƏT PA-nın baş katibi ilə görüşüb (FOTO)

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qurumun Kopenhagendə yerləşən Beynəlxalq Katibliyində olub, baş katib Roberto Montella və daimi heyətlə görüşüb.

Trend-in məlumatına görə, səmərəli keçən görüşdə ATƏT PA-nın yaxın aylardakı fəaliyyəti, xüsusilə 5-9 iyulda Minskdə keçiriləcək 26-cı illik sessiyanın gündəliyinə aid məsələlər müzakirə edilib.

Qeyd edək ki, aprelin 24-də ATƏT PA-nın Büro iclası keçirilib və A.Quliyev iclasda iştirak edib. O, gündəlikdə olan məsələlər haqqında çıxış edib və ATƏT regionu, o cümlədən ölkəmiz üçün vacib olan məsələləri Büro üzvlərinin diqqətinə çatdırıb, müzakirə olunan layihələrə təkliflər verib.

Büro iclası qapalı olduğuna görə detallar barədə məlumat verilmir.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın