Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Azərbaycanlılar Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər – FOTO

Azərbaycanlılar Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər – FOTO

İsveç Azərbaycanlıları Konqresinin üzvləri Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Ermənistanın bu ölkədəki səfirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər.

Aksiya İsveç cəmiyyətini 1992-ci il fevralın 26-da Xocalı şəhərində Ermənistan silahlı birləşmələrinin dinc azərbaycanlılara qarşı törətdiyi qətliam barədə məlumatlandırmaq məqsədilə təşkil olunub.

İştirakçılar bu soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması və onu törədən şəxslərin beynəlxalq məhkəməyə verilməsi tələbini irəli sürüblər. Əllərində Ermənistanın cinayətkar rəhbərliyini və bu dövlətin işğalçılıq siyasətini pisləyən şüarlar yazılmış plakatlar tutan aksiya iştirakçıları şəhər sakinlərinə Xocalı soyqırımına dair məlumatların yer aldığı vərəqələr paylayıblar.(Azərtac)

Azərbaycanlılar Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər -  Foto

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın