APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Akademiya ilə Səhiyyə Nazirliyinin birgə elmi sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, uzunömürlülüyün öyrənilməsi ilə bağlı AMEA və Səhiyyə Nazirliyinin birgə laboratoriyası yaradıla bilər.

Elmlərin vəhdətinin qaçılmaz olduğunu vurğulayan A. Əlizadə qeyd edib ki, akademiyanın cihazları, elmi avadanlıqları xeyli yenilənib.