Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Azərbaycanda ötən il 2058 uşaq ölüb – Statistika

Azərbaycanda ötən il 2058 uşaq ölüb – Statistika

2017-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 5 yaşadək (0-4 yaşda) 2058 uşaq ölümü qeydə alınıb.

Dövlət Statistika Komitəsindən sorğusuna cavab olaraq bildirilib ki, onlardan 1205 nəfəri oğlan, 853 nəfəri isə qızdır.

Dünyasını dəyişən uşaqlardan 1700-i (993 oğlan, 707 qız) bir yaşadək olan körpələrdir.

Perinatal dövrdə ölənlərin sayı 1371 nəfər qeydə alınıb. Onlardan 776 nəfəri oğlan, 595 nəfəri qız olub.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …