Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Azərbaycanda “Hacı şərabı” istehsalına başlandı

Azərbaycanda “Hacı şərabı” istehsalına başlandı

“Az-Qranata” MMC-nin Ağsudakı şirə və şərab emalı zavodunda Azərbaycanda ilk dəfə alkoqolsuz şərab emal olunub.

MMC-nin direktor müavini, texnika elmləri doktoru, professor Vüqar Mikayılov oxu.az-a açıqlamasında bildirib ki, bu şərab alkoqollu şərabın vakuum aparatından keçirilməsi nəticəsində alınır.

Mütəxəssis alkoqolsuz şərabın müalicəvi əhəmiyyətindən danışıb: “Alkoqolsuz şərabın tərkibindəki resveratrol, poliflavonit və bir sıra kompleks birləşmələr güclü antioksidant xüsusiyyətlərə malikdir. Bu da insanlarda xərçəng kimi ağır xəstəliyin yaranma riskini önəmli dərəcədə azaldır, bədəndə radioaktiv şüalanmanın qarşısını alır”.

Vüqar Mikayılov alkoqolsuz şərabın insan orqanizmi üçün daha bir əhəmiyyətini də diqqətə çatdıraraq bildirib ki, bu şərabdan hər gün 150 millilitr istifadə etməklə artıq çəkidən xilas olmaq mümkündür.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …