Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Azərbaycanda dövlət ipoteka kreditlərinin maksimal məbləği 50% artırılıb

Azərbaycanda dövlət ipoteka kreditlərinin maksimal məbləği 50% artırılıb

“Azərbaycan İpoteka Fondu” ASC-nin Müşahidə Şurasının qərarı ilə dövlət xətti ilə verilən kommersiya xarakterli ipoteka kreditlərinin maksimal məbləği artırılıb.

“Report” xəbər verir ki, qərara əsasən, sözügedən məbləğ 100 min manatdan 150 min manata çatdırılıb.

Sosial ipoteka kreditlərinin maksimal məbləği isə 100 min manat olaraq qalıb.

Xatırladaq ki, hazırda kommersiya xarakterli ipoteka kreditləri illik 8%-lə, sosial ipoteka kreditləri isə illik 4%-lə verilir.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …