Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Azərbaycanda bu kəndə ilk dəfə təbii qaz verildi

Azərbaycanda bu kəndə ilk dəfə təbii qaz verildi

Xaçmazın Səlimoba kəndinə ilk dəfə təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyindən (İB) verilən məlumata görə, 63 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 4 min 800 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 4 min 631 metr müxtəlif diametrli metal borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Xaçmaz rayonunun Günəşli qəsəbəsində və Qaracik Zeyid kəndində tikinti-quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …