Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Azərbaycanda 92 markalı benzinlə bağlı problem – Video

Azərbaycanda 92 markalı benzinlə bağlı problem – Video

Avtomobil sürücülərinin bəziləri yanacaqdoldurma məntəqələrindən aldıqları Aİ-92 markalı benzindən şikayət edirlər.

Benzin mühərrikin normal işləməsinə imkan vermir, avtomobil idarə edərkən iyi gəlir və sərfiyyat hər zamankından artıqdır.

Sözügedən faktı ustalar da təsdiqləyir . Avtomobil ustalarının sözlərinə görə, bela hallarda mühərrikdə bütün detallar işləyir, amma avtomobilin normal işləməsini təmin etmək olmur.

Avtomobil ustası Sahil Ağabəyli müvəqqəti həll variantı kimi Aİ-95 markalı yanacaqdan istifadə etməyi tövsiyə edir.

Məsələ ilə bağlı SOCAR-ın Mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov isə bildirib ki, hazırda ölkəmizə Aİ-92 markalı benzin xaricdən idxal edilir və beynəlxalq standartlara tam cavab verir. Odur ki, iddialar əsassızdır. O da bildirilib ki, aparılan yenidənqurma işlərinin son mərhələsi olduğundan noyabrın 4- dən etibarən ölkəmizdə yenidən bu növ benzinin istehsalına başlanılacaq. Hətta bu tarixin 3-4 gün tezləşməsi də ola bilər.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …