Bu barədə AzVision.az-a Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov məlumat verib.
“İlin əvvəlindən 118 nəfər dəm qazından, 16 nəfər isə sirkə turşusundan zəhərlənmə ilə müraciət edib. Sirkə turşusundan 2 nəfər həyatını itirib. Dəm qazı ilə zəhərlənənlərdən 40 nəfərin, sirkə turşusu ilə müraciət edənlərin isə 80 faizinin vəziyyəti ağır olub. Bundan əlavə ilan sancması ilə müraciət edənlərdən 16 nəfərin, əqrəb sancması ilə gələnlərdən 4 nəfərin, qaraqurd sancması ilə bağlı 8 nəfərin vəziyyətinin ağır olduğu müşahidə edilib”, – deyə A.Maqsudov vurğulayıb.