Ana səhifə / Sosial / Azərbaycanda ən çox ev alan əcnəbilər KİMLƏRDİR?

Azərbaycanda ən çox ev alan əcnəbilər KİMLƏRDİR?

Azərbaycanda ev alan xarici ölkə vətəndaşlarının sayı artıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, 2023-cü ildə 1689 əcnəbi Azərbaycanda ev sahibi olub. 2022-ci ildə isə bu rəqəm 1577 olub.

Azərbaycanda ev alan xarici vətəndaşlar içərisində ruslar, gürcülər və türklər ilk üçlükdədir. Belə ki, ötən il Rusiya vətəndaşları 1129, Gürcüstan vətəndaşları 143, Türkiyə vətəndaşları 121 evə sahib olublar.

Həmçinin respublikada ev alan əcnəbilər arasında Ukrayna (41), İran (41), Qazaxıstan (40), Almaniya (24), ABŞ (18), Albaniya (15), Belarusiya (11), Liviya Ərəb Respubklikası (11), Özbəkistan (11), İsrail (11), Türkmənistan (8) vətəndaşları da üstünlük təşkil edir.

Həmçinin oxuyun

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin …