Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Sosial / Azərbaycan ərəb ölkələrini barışdırmağa çalışacaq – ŞƏRH

Azərbaycan ərəb ölkələrini barışdırmağa çalışacaq – ŞƏRH

İŞİD terror təşkilatının yarandığı gündən bu yana ilk dəfə olaraq İranı hədəf alması, xüsusilə bu ölkənin “şah damarı” sayılan Ayətullah Xomeyni məqbərəsinə və parlament binasına hücumlar təşkil etməsi diqqət çəkib. 17 nəfərin ölümü ilə nəticələnən terror aktının, Qətərlə digər körfəz ölkələri arasında davam edən böhranla eyni zamanda baş verməsi, bunun təsadüf, yoxsa planlı bir hücum olma ehtimalını gündəmə gətirib.

Baş verənləri Sputnik Azərbaycan-a şərh edən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, bunun təsadüf, yoxsa planlı hücum olma ehtimalından danışmaq hələ tezdir: “Çünki məsələnin təfərrüatlarını biz bilmirik. Ancaq dünən İranın paytaxtı Tehranda baş verənlər göstərdi ki, terror dünyanın 1 nömrəli, ən təhlükəli təhdidi olaraq qalır”.

“Terror artıq sərhəd tanımır. Az və ya çox mühafizə olunan ölkə tanımır. Baxmayaraq ki, İran hər zaman təhlükəsizliyini yüksək səviyyədə təmin edən ölkə kimi tanınırdı. Dünən bu ölkənin ən həssas yerlərinə, Xomeyninin məqbərəsinə və parlamentə hücum onu göstərir ki, terrora qarşı mübarizə bütün dövlətlər tərəfindən səmimi və həmrəy olaraq aparılmalıdır” — deputat bildirib.

O, xüsusilə İŞİD-lə mübarizənin daha kəskin şəkil almasının vacibliyinə toxunub: “Bütün dövlətlər terrorla birgə mübarizə aparmalıdır. Hər hansı tərəddüd artıq yolverilməzdir”. “Qətər böhranı, İranda baş verənlər, Suriyada İŞİD-in paytaxtı sayılan Rəqqa şəhərinin mühasirəyə alınması, bütün bunlar eyni anda yaşanır. Görünür, bu məsələdə İranı ya prosesdən çəkindirmək, ya da hansısa bir prosesə cəlb eləmək istəyirlər” — millət vəkili əlavə edib. Səudiyyə Ərəbistanı və onun ətrafındakı körfəz ərəb ölkələri ilə Qətər arasında yaşanan böhrana toxunan A. Mirzəzadə deyib ki, Azərbaycan tərəfləri bir araya gətirmək üçün əlindən gələn hər şeyi edəcək: “Qətər və digər körfəz ərəb ölkələri arasında davam edən böhranda Azərbaycanın tutduğu mövqe tamamilə düzgündür. Biz Qətər və digər ərəb ölkələri arasında olan münaqişəyə müvəqqəti hal kimi baxırıq. Bu problem müəyyən müddətdən sonra həll ediləcək. Azərbaycan hər iki cəbhə ilə yaxşı əlaqələri olan ölkə kimi tərəflərin bir araya gəlməsi üçün əlindən gələn hər şeyi edəcək”.

Həmçinin oxuyun

Elmi İnstitutda “travmotoloji bazar” – VİDEO

Azərbaycanın səhiyyə sistemində korrupsiya və rüşvət faktorunun olması artıq danımaz faktora çevrilib. Hər il dövlət …

Bir cavab yazın