Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Autizmli övladı olanlar, burada uşağınız üçün iş var – Video

Autizmli övladı olanlar, burada uşağınız üçün iş var – Video

Bu gün Dünya Autizm Məlumatlandırma Günüdür.

Autizm özünəqapanma, real həyatdan uzaqlaşma kimi təzahür edən neyro-psixiatrik pozuntudur. Anadangəlmə olan autizmin yaranmasında genetik faktorlar özünü göstərir.

Əksər mütəxəssislərin fikrincə, autik uşaqları xəstə adlandırmaq olmaz, çünki onlar qeyri-adi istedada malik olurlar.

“Qafqazinfo” xəbər verir ki, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara reabilitasiya və bərpa xidmətləri verən Birgə və Sağlam İctimai Birliyi autizmli uşaqlar üçün layihə həyata keçirib. Sözügedən birlik “Kaşalata” adlı kafe açıb.

Birliyin bu kafeni açmasında məqsədi belə uşaqları müxtəlif peşələrə cəlb etməkdir. Birliyin sədri Aytən Eynalova 15 yaşlı oğlunun da autizm sindromlu uşaq olduğunu, məhz onun öz ayaqları üzərində sağlam dayanması üçün sözügedən kafeni açdıqlarını bildirib.

Bu kafedə bütün işləri məhz uşaqların özləri edir. Onlar işləmək vərdişləri əldə etməkdən əlavə, kafenin atelye bölməsində müxtəlif oyunlar oynayıb, fərqli peşələrə yiyələnə bilirlər.

Uşaqların təlim-tərbiyəsi ilə məşğul olan müəllimlərin sözlərinə görə, kafedəki məşğuliyyətlər onların inkişafı üçün çox vacib amildir: “Bu uşaqlara xüsusi diqqət və qayğı göstərmək lazımdır. Çünki onların hamıdan çox buna ehtiyacı var”.

Müəllimlər, həmçinin də autik övlad sahibi olan valideynlər tövsiyə edirlər ki: “Cəmiyyətin övladınızı qəbul etməyini istəyirsinizsə, əvvəlcə siz övladınızı qəbul edib, qayğı göstərib onu cəmiyyətə qazandırmalısınız. Çünki onlar fərqli olsalar da bizdən biridirlər”.

Sözügedın kafedən hazırladığımız videoreportajı təqdim edir:

 





Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …