Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Astarada heyvanların kütləvi tələf şəkildə olmasının səbəbi

Astarada heyvanların kütləvi tələf şəkildə olmasının səbəbi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Astara rayonu, Ərçivan kənd sakini Məmmədov Şaban Məmmədsəfa oğluna məxsus heyvandarlıq təsərrüfatında aparılmış dezinseksiya işlərindən sonra heyvanlar arasında kütləvi tələfat baş verməsi ilə bağlı araşdırma aparır.

AQTA-dan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı dərhal zəruri müalicə və baytarlıq-sanitariya tədbirlərinin görülməsi üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Kənd Təsərrüfatı Nazirliyinə müraciət olunub və istifadə olunmuş preparatların tərkibi ilə bağlı müvafiq araşdırmalara başlanılıb: “İlkin ehtimala görə iri buynuzlu heyvanlarda tələfatın əsas səbəbi aparılmış dezinfeksiya zamanı preparatlardan düzgün istifadə olunmaması və təhlükəsizlik qaydalarının ciddi şəkildə pozulmasıdır. Hazırda araşdırma davam etdirilir, araşdırmanın nəticələri ilə bağlı ətraflı məlumat ictimaiyyətin diqqətinə çatdırılacaq”.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …