Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Sosial / Arif Məmmədov xalqı küçələrə çıxmağa çağırdı

Arif Məmmədov xalqı küçələrə çıxmağa çağırdı

Təmsil olunduğu hakimiyyətin ünvanına qəfil tənqidi çıxışı ilə bu ilin mayında gündəmə gələn qalmaqallı səfir Arif Məmmədov xalqı küçələrə çıxmağa səsləyib.
Virtualaz.org saytı xəbər verir ki, sabiq səfir bu çağırışını öz facebook hesabında paylaşıb.
“Əziz dostlar, bacı və qardaşlar” deyə ictimaiyyətə müraciət edən A.Məmmədovun çağırışında deyilir: “Sizin yazdıqlarınızı diqqətlə izləyirəm. Əksəriyyətiniz “Nə etmək lazımdır?” suallarını mənə ünvanlayırsınız.
Təklif edirəm: “Ağ marş” keçirmək.
Bütün mətbuat nümayəndələrinə, ziyalılara, müxalif partiyalara, ölkəsini istəyən və gələcəyə inamı və imanı olan vətəndaşlarımıza bir güclü millət olduğumuzu, demokratiyanı müdafiə etmək əzmimizi göstərmək üçün hamıya Şəhidlər Xiyabanının qarşısında yığışmağı və oradan sükut marşı ilə bulvara kimi demokratiya yürüşü keçirməyi təklif edirəm.
Marşı “Ağ marş” adlandırmağı təklif edirəm. Marşa hamıya ağ geyimdə və ağ şarlarla gəlməyi təklif edərdim.
Görüş vaxtı: şənbə, 15 avqust, 2015 il, saat 12:00.
Milli Şuraya, Azadlıq, Müsavat və digər müxalif partiyalara birgə olaraq bu marşın təşkilatçılığını öz üzərinə götürməyi təklif edirəm.
Partiyaların gənclər təşkilatlarına xüsusilə birlik mesajı vermək ən vacib məsələdir.
Hörmətlə,
Arif Məmmədov”.
Yada salaq ki, İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı keçmiş səfiri Arif Məmmədov bu il mayın 19-da Bakıdakı yaşayış binasında baş vermiş yanğından sonra diplomat peşəsinin qaydalarına zidd olaraq hakimiyyətin ünvanına tənqidi çıxış etmişdi.
Onun facebook səhifəsində paylaşdığı fikirlər bir neçə diplomat tərəfindən də dəstəklənmişdi. Həmin diplomatlar sonradan tutduqları vəzifələrdən azad olundular.

Həmçinin oxuyun

DSMF sədri: “6500-dən artıq saxta əlillik işi ləğv edilib”

“Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün istiqamətlərdə sağlamlaşdırma işləri həyata keçirilir. Əsassız pensiyaların ləğv olunması, …

Bir cavab yazın