Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Araz Əzimov: “Dağlıq Qarabağ münaqişəsinin həllindəki gecikmələr regional təhlükəsizliyə mənfi təsir edir”

Araz Əzimov: “Dağlıq Qarabağ münaqişəsinin həllindəki gecikmələr regional təhlükəsizliyə mənfi təsir edir”

“Dağlıq Qarabağ münaqişəsinin həllindəki gecikmələr regional təhlükəsizliyə və regional layihələrin icrasına mənfi təsir edir”.
“Report”un məlumatına görə, bu fikri bu gün Vyanada keçirilən ATƏT Daimi Şurasının iclası zamanı Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov səsləndirib.
Cənubi Qafqaz regionunda təhlükəsizlik sahəsində çağırışlar mövzusuna toxunan Araz Əzimov, bildirib ki, ATƏT-in Minsk Qrupu Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətindəki səylərini artırmalıdır. Xarici işlər nazirinin müavini, həmçinin, Minsk Qrupunun bütün üzvlərinin iştirakı ilə görüşün küçirilməsinə çağırıb.
“Azərbaycan beynəlxalq hüquq prinsiplərinə sadiqdir. Terrorizm, radikallaşma və narkotik vasitələrin dövriyyəsi ilə mübarizə sahəsində də səylərimiz davam edir”, – deyə Əzimov əlavə edib.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın