Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / AQTA: İstifadəyə yararsız 90 tondan çox ət və ət məhsulları məhv edilib

AQTA: İstifadəyə yararsız 90 tondan çox ət və ət məhsulları məhv edilib

2019-cu ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində istifadəyə yararsız 90 tondan çox ət və ət məhsulları məhv edilib.

Bu barədə APA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev məlumat verib.

Onun sözlərinə görə, məhv edilən alkoqolsuz içkilər, qazlı və qazsız suların miqdarı 16 tona yaxın olub.

“Bu müddət ərzində 50 tondan çox süd məhsulları, 37 ton bitki və bitkiçilik məhsulları, 30 tona yaxın kulinariya məmulatları, 21 kq qida əlavələri, 124 tondan çox qənnadı məhsulları, 110 tona yaxın yağ məhsulları, 15 855 ədəd heyvan mənşəli məhsul (yumurta) və 45 ton konservləşdirilmiş məhsullar məhv edilib”, – deyə M. Piriyev vurğulayıb.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …