Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Sosial / AMİP rəhbərliyi Trampın partiyası ilə birgə toplantıya qatılacaq

AMİP rəhbərliyi Trampın partiyası ilə birgə toplantıya qatılacaq

Yanvar ayında AMİP rəhbərliyinin ABŞ-ın yeni hakim partiyası olan Respublikçıların təmsilçiləri ilə eyni tədbirdə iştirak edəcəyi gözlənilir.

AMİP-in beynəlxalq əlaqələr katibi Elşən Mustafayev bildirib ki, Münhendə Beynəlxalq Demokrat İttifaqının İcraçı toplantısı olacaq.

Toplantıya Beynəlxalq Demokrat İttifaqının üvü olan AMİP-in də qatılacağı gözlənilir. Beynəlxalq Demokrat İttifaqının üzvü olan ABŞ Respublikaçılar Partiyası da tədbirdə təmsil olunacaq.

Qeyd edək ki, Donald Trampın prezident seçilməsi ilə ABŞ-da hakimiyyətə gələn Respublikaçılar Partiyası ilə eyni ittifaqda müttəfiqlik edən yeganə Azərbaycan partiyası AMİP-dir. AMİP sağ mərkəzyönlü partiyaları özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqı çərçivəsində ABŞ-ın Respublikaçılar Partiyası ilə müttəfiqdir.

E.Mustafayev onu da deyib ki, keçən ilin iyul ayında AMİP rəhbərliyi Donald Trampın namizədliyinin təsdiqləndiyi Respublikaçılar Partiyasının qurultayına dəvət alıb. Lakin müəyyən səbəblərdən qurultayın işində iştirak edə bilməyiblər.

Bununla belə, qurultaya təbrik məktubu göndərilib. Seçkilərdən sonra da ABŞ-ın Respublikaçılar Partiyasına və Donald Trampa AMİP rəhbərliyi rəsmi təbrik məktubu göndərib.

Həmçinin oxuyun

“SMS icazə” ilə bağlı VACİB AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyədə koronavirusa yoluxma hallarının artmasına görə karantin rejimi sərtləşdirilib. Bu barədə Türkiyə …

Bir cavab yazın