Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / AMİP-in beynəlxalq turnesi davam edir

AMİP-in beynəlxalq turnesi davam edir

AMİP mətbuat və informasiya xidmətindən Azinforum.az-a  göndərilıən məlumatda bildirilir:

“Öncədən məlumat verildiyi kimi, 3-5 fevral tarixlərində Azərbaycan Milli İstiqlal Partiyasının nümayəndə heyəti İstanbulda “Şərq Tərəfdaşığında gələcək islahatlar” mövzusunda keçirilən Beynəlxalq Dəyirmi Masada iştirak etmişdir. Tədbirdə Partiyanı Baş katib, AMİP-in sədr əvəzi Arzuzan Əlizadə, Beynəlxalq Əlaqələr Katibi Elşən Mustafayev, Siyasi Şura üzvü Zəfər Vəliyev, Abşeron rayon təşkilatının sədri Təbriz Musayev və Gənclər Təşkilatının sədr müavini Asya Cəlilova təmsil edib.

“Avropa İttifaqının Cənubi Qafqazda önəmi”, “Yaxın Şərqdə Qaçqın böhranı, miqrasiya və sərhəd nəzarəti problemləri”, “Viza liberallaşdırılması və islahatlar”, “Türkiyənin reqion üçün önəmi” ətrafında aparılan diskusiyalar Dəyirmi Masanın əsas müzakirə mövzuları olmuşdur.

Baş katib, AMİP-in sədr əvəzi Arzuxan Əlizadə, Gürcüctan parlamentinin sədr müavini Georgi Baramidze (Milli Birlik Hərəkatı), ATƏT-in Parlament Assambleyasının keçmiş sədri, Dağlıq Qarabağ üzrə ATƏT-in keçmiş məruzəçisi Goran Lennmarker, Avropa Sabitlik Təşəbbüsünün sədri Gerald Knaus, Beynəlxalq Böhran Qrupunun nümayəndəsi Nigar Göksəl, İsveç Parlamentenin üzvü, ATƏT nümayəndə heyətinin sədr müavini Marqareta Cederfelt mövzular üzrə keçirilən panellərin əsas məruzəçiləri olmuşlar.

Avropa Parlamenti üzvlərinin, siasi ekspertlərin, elm adamlarının, vətəndaş cəmiyyəti nümayəndələrinin, o cümlədən AMİP nümayəndə heyətinin fəal iştirak etdiyi məruzələr ətrafında keçən diskussiyalarda Avropa İtifaqının Azərbaycan və Gürcüstan üçün önəmi, əlaqələrin inkişaf etdirilməsinin gələcəkdə bu ölkələrin siyasi və iqtisadi müstəqilliyinin təhlükəsizliyinə xidmət edəcək əsas amil olduğu vurğulanmış, həmçinin, bu ölkələrlə viza liberallaşdırılması prosesi barədə malumatlar verilmişdir. Bu məqsədlə Cənubi Qafqaz ölkələrində, xüsüsilə də Azərbaycanda siyasi islahatların keçirilməsinin, siyasi məhbus, insan haqları və mülkiyyət hüquqları ilə əlaqəli problemlərin həll olunmasının vacibliyi vurğulanmışdır.

Türkiyə-Rusiya münasibətlərinin müzakirəsi gedişində Türkiyənin haqlı tərəf olduğu vurğulanmış, əksər iştirakçılar Rusiyanı Türkiyəyə qarşı törətdiyi təxribatlardan çəkinməyə, ABŞ və Avropanı Türkiyə Cümhuriyyətini dəstəkləməyə çağırmışlar.

Yaxın Şərqdə gedən proseslər, Suriya müharibəsi, qaçqın problemi də geniş müzakirə edilmişdir. Qaçqınların Avropaya axınının qarşısının alınması üçün ilk növbədə Suriyada legitim hakimiyyət qurulması və insanların öz vətənlərinə qaytarılmasının vacibliyi vurğulanmış, eləcə də qaçqın problemi ilə mübarizədə sərhədlərini gücləndirmək üçün Türkiyəyə maddi dəstək göstərilməsinin vacib olduğu bildirilmişdir.

Dəyirmi Masa iştirakçıları Rusiyanın Cənubi Qafqaz Respublikalarını təhdid altında saxlamasını, Baltik Respublikalarına olan hədələrini, həmçinin Ukraynada gedən proseslərin açıq iştirakçısı olmasını kəskin pisləyərək buna qarşı ciddi addımlar atılmasının vacib olduğunu bildirmişlər.”

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın