Ana səhifə / Sosial / Alkoqolun orqanizmə vurduğu zərəri necə azaltmaq olar?

Alkoqolun orqanizmə vurduğu zərəri necə azaltmaq olar?

“Alkoqolun təsirini azaltmaq üçün arağı alkoqolsuz içkilərlə qəbul etmək tövsiyə olunur”.

Bunu psixiatr və narkoloq Aleksey Kazançev deyib.

“Arağı içdikdən sonra maddələrin tarazlığını qorumaq üçün, məsələn, bir qurtum su içməlisiniz. Beləliklə, alkoqolun bədənə dağıdıcı təsirini müəyyən dərəcədə azaldacaqsınız. Bu, alkoqolun su-elektrolit balansını pozduğu, susuzlaşdırıcı təsirə malik olduğu, kalium, natrium, maqnezium və kalsiumu xaric etdiyi üçün lazımdır”.

Onun sözlərinə görə, spirtli içkini şirin qazlı sularla qəbul etmək düzgün deyil: “Bu, vəziyyəti daha da pisləşdirəcək, intoksikasiyanı artıracaq və baş ağrısına səbəb olacaq”. (Report)

Həmçinin oxuyun

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin …