Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Aİ-92 markalı benzin və dizel bahalaşacaq? – Açıqlama
MELBOURNE, AUSTRALIA - JULY 23: A woman uses a fuel dispenser to fill her car up with petrol at a petrol station on July 23, 2013 in Melbourne, Australia. According to CommSec, fuel prices are expected to rise further as global demand increases and as the weak Australian dollar raises the costs of fuel imports. The average fuel price nationally is at 153.5 cents per litre, which is reportedly the fastest price increase accross the nation in four years. (Photo by Scott Barbour/Getty Images)

Aİ-92 markalı benzin və dizel bahalaşacaq? – Açıqlama

Azərbaycanda Aİ-92 markalı benzinin və dizelin aksiz dərəcəsi artırılıb. Aİ-92 avtomobil benzininin aksiz dərəcəsi 42 faizdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi isə 18 faizdən 18,3 faizə qaldırılıb. Nazirlər Kabinetinin bu qərarı istər-istəməz benzinin qiymətinin yenidən artacağı ilə bağlı xəbərlərin yayılmasına səbəb olub.

Məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Bakupost.az-a açıqlama verib.

İqtisadçı hesab edir ki, Aİ-92 avtomobil benzini və dizelin aksiz dərəcəsinin qaldırılması qiymətin artması anlamına gəlmir:

“Aİ-92 markalı benzin Tarif Şurası tərəfindən tənzimlənən qiymətlər siyahısındadır. Bunun üçün Tarif Şurasının qərarı lazımdır. Hazırda Tarif Şurasının bununla bağlı qərarı yoxdur. Hökumət istəsə, benzinin qiyməti 15 il bu vəziyyətdə qala bilər. Bu sırf iqtisadi, bazar şərtlərilə tənzimlənən qiymət olmadığna görə benzinin bahalaşması ilə bağlı öncədən fikir söyləmək əsassızdır. Aksiz dərəcəsininqaldırılması hələlik qiymətin dəyişəcəyi, yaxud artacağı anlamına gəlmir. Qiymət artımı bir çox qurumların iştirakı ilə müzkirə olunur və ümumi razılaşma qəbul edilir. Hökumət hələlik nə dizelin, nə də Aİ-92 markalı benzinin qiymətini qaldırmaq istəmir. Çünki ciddi inflyasiya təsirləri var. Aİ-95, Aİ-98 marakalı benzinin qiyməti qaldırılanda bildirdilər ki, əhalinin 90-92 faizi Aİ-92-dən istifadə edir və bu artımın onlara təsiri olmayacaq. Üstündən bir ay sonra Aİ-92-nin qiymətinin qaldırılacağını düşünmürəm”.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …