Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Abşeronda şagirdlər şəraitsiz tibb məntəqəsində dərs keçirlər – VİDEO

Abşeronda şagirdlər şəraitsiz tibb məntəqəsində dərs keçirlər – VİDEO

Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbində şagird sıxlığı yaşandığından dərslər yaxınlıqda olan tibb məntəqəsinin ambulator korpusunda keçirilir.

Xezerxeber.az-ın məlumatına görə, həmin korpusda isə istilik problemi yaşanır.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Ceyrabatan qəsəbəsi 2 nömrəli tam orta məktəbi 2006-cı ildə tikilərək istifadəyə verilib.

240 yerlik məktəbdə 960 şagird təhsil alır. Dərslər 5 növbəyə bölünməklə keçilir.

Valideynlər məktəbdə şagird sıxlığından narahatdırlar.

Məsələdən Abşeron-Xızı Regional Təhsil İdarəsi də xəbərdardır.

Təhsil idarəsindən bildirilib ki, ambulator korpusda yaşanan istilik problemi yaxın günlərdə aradan qaldırılacaq.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …