Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Abort etdirən 15-17 yaşlı qızların sayı artıb – Rəsmi

Abort etdirən 15-17 yaşlı qızların sayı artıb – Rəsmi

Azərbaycanda abort etdirən 15-17 yaşlı qızların sayı artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il 15-17 yaşında abort etdirən qızların sayı 46 nəfər olub. 2016-ci ildə bu rəqəm 19, 2015-ci ildə 50, 2010-cu ildə isə 158 nəfər olub.

18-19 yaşında aborta gedən qızların sayı 1559 nəfər təşkil edib. Ümumilikdə, ötən il Azərbaycanda 37 618 qadın aborta gedib. Bunların 9 583 nəfəri 20-24, 11 706 nəfəri 25-29, 9 856 nəfəri 30-34, 4 868 nəfəri isə 35 və daha yuxarı yaşlı qadınlardır.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …