Cümə axşamı , May 2 2024
Ana səhifə / Sosial / “70 gündür evimə gedə bilmirəm“ – Koronavirusla mübarizə aparan həkim ağladı – Video

“70 gündür evimə gedə bilmirəm“ – Koronavirusla mübarizə aparan həkim ağladı – Video

“ARB 24” telekanalı Neftçilər Xəstəxanasında müalicə olunan koronavirusdan əziyyət çəkən xəstələrlə bağlı reportaj hazırlayıb.

Yenisabah.az xəbər verir ki, reportajda çətin şəraitdə çalışan həkimlərdən də bəhs edilib.

Xəstəxanın həkimlərindən biri bildirib ki, artıq 70 gündür evindən uzaq düşüb:

“Növbəmizin saatı yoxdur. Nə vaxt lazım olur, işləyirik. 70 gündür ki, evdən çıxmışam, evə getmirəm. Biz də onlar üçün çalışırıq. Onlar darıxırlar ki, biz evdə qala bilmirik. Amma mən 70 gündür evimə gedə bilmirəm. Mən də getmək istəyirəm axı. Xəstələri buraxıb getmək də olmur”. /Qafqazinfo

Həmçinin oxuyun

Avtobuslarda kondisioner nə vaxt işləyəcək? – Açıqlama

Havaların getdikcə isinməsi ictimai nəqliyyatda kondisionerə təlabatı artırıb. İsti hava və avtobuslardakı sıxlıq bu il …