Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / 6 gün əvvəl yaranan şirkəti kimlər tenderin qalibi elan edib? – MÜƏMMA

6 gün əvvəl yaranan şirkəti kimlər tenderin qalibi elan edib? – MÜƏMMA

Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi “ZZ-Ticaret” MMC olub.
Yeniavaz.com xəbər verir ki, “ZZ-Ticaret” MMC Sumqayıt Tibb Kollecinin sifarişi bu quruma maşın və avadanlıqlar satacaq.
Qeyd olunan malların üçün Sumqayıt Tibb Kolleci “ZZ-Ticaret” MMC-yə 9 min 840 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, “ZZ-Ticaret” MMC – 27.07.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Sumqayıt Tibb Kolleci müsabiqə elanını 06.08.2020-ci il tarixində elan olunub. Bu isə o deməkdir ki, tender müabiqəsinin qalibi olan MMC tender elanının verilməsindən cəmi 10 gün əvvəl yaranıb. Bu günlərin də 4-ü Qurban bayramı ilə əlaqədar olaraq qeyri iş günləri olub.
Onu da bildirək ki, “ZZ-Ticaret” MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil. Cəmi 6 gün (iş günü) əvvəl yaranan və 9,8 min manatlıq tenderin qalibi olan MMC Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk, ev 15, m. 2 ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı 5 manat olan MMC-nin qanuni təmsilçisi Rəsulov Zamin Zahir oğludur.
Məlumat üçün bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Tender müsabiqəsindən cəmi 2 ay əvvəl yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.
Onu da qeyd edək ki, Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci 1969-cu ildən fəaliyyətə başlayıb. 2010-cu ildən Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci adlandırılıb. Kollecin direktoru tibb elmləri doktoru Rəfayıl Eyvazovdur.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …