Bazar , Avqust 18 2019
Ana səhifə / Sosial / “Əliyevlə Sarkisyanın razılığını gözləyirik…” – Ceyms Uorlik

“Əliyevlə Sarkisyanın razılığını gözləyirik…” – Ceyms Uorlik

ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağla bağlı növbəti görüşün keçirilməsi üçün Azərbaycan və Ermənistan prezidentlərinin razılığına ümid edir.

Qafqazinfo” xəbər verir ki, bu sözləri Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ria-Novosti-yə açıqlamasında deyib:

“Ümid edirik ki, prezidentlər növbəti görüşün keçirilməsi üçün razılıq ifadə edəcəklər. Hazırda növbəti görüşün vaxtı və yeri müəyyənləşməyib”.

Onun sözlərinə görə, həmsədrlər münaqişə tərəfləri ilə onun həlli istiqamətində danışıqları davam etdirirlər. Eyni zamanda, ayın sonu regiona səfər zamanı hər iki ölkə lideri ilə ayrılıqda görüş planlaşdırılır.

Həmçinin oxuyun

Əmək fəaliyyəti ilə bağlı inqilabi qərar 2020-ci ildə qüvvəyə minəcək

Finlandiyada artıq işçilər harada və nə zaman işləyəcəklərinə özləri qərar verəcəklər. “Yeni Sabah” xarici mediaya …

Bir cavab yazın