Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Sosial / “Əli Kərimli, Ayaz Mütəllibov Elçibəyi təhqir etdi, niyə cavab vermədiz?”

“Əli Kərimli, Ayaz Mütəllibov Elçibəyi təhqir etdi, niyə cavab vermədiz?”

Bir neçə gündür ki, mətbuat və sosial şəbəkə də ən çox müzakirə olunan məsələlərdən biri də sabiq prezident Ayaz Mütəllibovun, digər sabiq prezident Əbülfəz Elçibəy haqqında dediyi sözlərdir.
Xatırladaq ki, Ayaz Mütəllibov mətbuata açıqlmasında Əbülfəz Elçibəyi primitiv millətçi adlandırmışdı. Və onu satqınlıqda, Kəlbəcəri Ermənistana verməkdə ittiham etmişdi. Mütəllibovun bu açıqlamasına xeyli sayda etiraz edənlər oldu.
Bu gün isə BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı növbəti dəfə bununla bağlı açıqlama verib. Onun sözlərinə görə, Ayaz Mütəllibova hər kəs öz etirazını etdi, ancaq Əli Kərimli ilə Cəmil Həsənlidən başqa:” Ayaz Mütəllibov Əbülfəz Elçibəyi təhqir etdi. Ona ağla gəlməz şər-böhtan atdı. Bütün bunlar hər kəsin gözü qabağında baş verdi. Mütəllibovun təhqirinə demək olar ki hər kəs etiraz etdi, cavab verdi. Mütəllibovu indiki hakmiyyətə yaltaqlanmaqdan tutmuş, ağlını itirməyə qədər qınadılar. Bunlar siyasətlə məşğul olanlar, olmayanlar, partiya sədrləri, sədr müavinləri, ziyalılar, deputatlar, şairlər, media nümayəndələri, sosial şəbəkə istifadəçiləri, bitərəf şəxslər və s. insanlar oldu… Bəs, görəsən, Mütəllibova etiraz edənlər, onu Əbülfəz Elçibəyə böhtan atmaqda qınayanlar arasında Əli Kərimli ilə Cəmil Həsənli niyə olmadı?! Artıq 5 gündür  ki, hər ikisi susur. Niyə?! Əli Kərimli və onun taprşırıqlarını canla-başla yerinə yetirən Cəmil Həsənli Ayaz Mütəllibova cavab vermirlər? Hər ikisi az qalır bütün günü facebook-da, mediada partiyasının 10 dərəcəli bir şəxsin “haqqının pozulmasından”, “ qanunsuzluqla üzləşdiyindən”, “təqibə və təhqirə məruz qalmasından” yorulmadan yazırlar, pozurlar. Bəs deyirdiniz “Elçibəyin varisləriyik”, onun partiyasının “ davamçılarıyıq”. Bu fakt bir daha onu sübut edir ki, Əli Kərimlinin heç vaxt Elçibəy sevgisi olmayıb. Və mənim 15 ilə yaxındır ki, mətbuatda dediyim doğrudur ki,  Əli Kərimli Əbülfəz bəyi daxilən qəbul etməyən və ona  XƏYANƏT edən birisidir! Əli Kərimli bu məsələ də özünü “kar” və “kor” kimi göstərdi. Ancaq, hamı gördü ki, bu adamın Elçibəy sevgisi həqiqətən də saxtadır. Və bu, heç vaxtı da olmayıb!”
moderator.az

Həmçinin oxuyun

Nazirlik qazi Kənanı nəzarətə götürdü, anası işlə təmin edildi

Qələbəmizin qəhrəmanlarından hər hansı birinin çətinliyinin olduğunu öyrəndikdə elə həmin gün onun yanında olur və …

Bir cavab yazın