Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / “Əgər Ermənistanın belə silahları vardısa döyüşü niyə uduzurdu?…”

“Əgər Ermənistanın belə silahları vardısa döyüşü niyə uduzurdu?…”

“Əgər erməni tərəfinə Azərbaycanın aldığı silahlara bərabər silahlar və hərbi texnika verilirdisə o zaman nəyə görə erməni tərəfi döyüşü uduzdu?”.

Bu sualla Londonda mənzillənmiş analitik Treysi Cerman Ermənistanın “168 jam” qəzetinə açıqlamasında çıxış edib.

Onun sözlərinə görə, erməni tərəfinin Azərbaycanın ancaq İsraildən aldığı hərbi texnikada üstünlüyünün olduğu haqda dedikləri də həqiqətə uyğun deyil. Çünki Azərbaycana başqa miqyasda və keyfiyyətdə silah-texnika verirlər, Ermənistana isə başqa.

“Mən yada salıram ki, Ermənistan prezidenti Serj Sərkisyan ötən ilin aprel günlərində Berlində demişdi ki, erməni tərəfi 80-ci illərin silahları ilə döyüşür. Bu da mahiyyətcə o deməkdir ki, Rusiya Ermənistana ucuz qiymətə köhnə, işlənmiş texnika verir. Azərbaycana isə bazar qiymətlərinə ən yeni silahlar satılır. Azərbaycanın müdafiə qabiliyyətində əsas amil bax budur”-londonlu analitik deyib.

Treysi Cerman deyib ki, o, Rusiya ekspertlərinin Azərbaycana və Ermənistana silah təchizatı zamanı balansı gözlədiyi haqda dediklərinə inanmır. Rusiya yalnız ötən ilin aprel döyüşlərindən sonra boşluğu doldurmağa çalışdı və Ermənistana “İsgəndər”lər verdi. Müəyyən təşəbbüslər göstərdi.

Xatırladaq ki, aprelin 26-da Rusiyadan Azərbaycana gəmilərlə yeni silah və texnika gətirilib. Müdafiə Nazirliyi Rusiyadan gətirilən yeni silah-texnika partiyasından ancaq BTR-82A zirehli transportyorlarını nümayiş etdirib. Qalan silahların nədən ibarət olduğu açıqlanmayıb. Azərbaycanın Rusiyadan növbəti dəfə yeni silahlar alması Ermənistanda xeyli pərtlik yaradıb.(Virtualaz.org)

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın