Cümə axşamı , May 2 2024
Ana səhifə / Siyasət / Əri tərəfindən baltalanan qadının görüntüləri yayıldı – VİDEO

Əri tərəfindən baltalanan qadının görüntüləri yayıldı – VİDEO

Hadisə Ucar rayonunun Qaracallı kəndi ərazisində baş verib.

ARB TV xəbər verir ki, bağbanlı kənd sakini, 61 yaşlı Məhərrəm Mahmudov ailə münaqişəsi zəminində arvadı 51 yaşlı Şamama Mahmudovanın bel və baş nayihələrinə balta ilə bir neçə zərbə vurub.

Hadisə Şamam Mahmudovanın atası evində, 16 yaşlı oğlunun gözü qarşısında baş verib. Ağır vəziyyətdə olan qadın Ucar rayon mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Ucar rayon polis şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törədən Məhərrəm Mahmudov saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

https://www.youtube.com/watch?v=mZ2KPYN2bFQ

 

Həmçinin oxuyun

“Azərbaycanla delimitasiya prosesini sürətləndirmək lazımdır” – Paşinyan

“Dörd kəndin yaxınlığındakı delimitasiya olunmamış sərhəd münaqişəyə səbəb ola bilər”.Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan …

Bir cavab yazın