Ana səhifə / Siyasət / Əliyev – Lukaşenko görüşündən mühüm gözləntilər var

Əliyev – Lukaşenko görüşündən mühüm gözləntilər var

Bu gün Minskdə Belarus və Azərbaycan prezidentləri Aleksandr Lukaşenko və İlham Əliyev arasında görüş baş tutacaq.

Sputnik Azərbaycan “Belta.by“-a istinadən xəbər verir ki, danışıqlar Müstəqillik Sarayında baş tutacaq.

Məlumata əsasən, ölkə başçıları Belarus ilə Azərbaycan arasında cari əlaqələri, həmçinin müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər. Görüşdə, xüsusilə diqqət ticari-iqtisadi və investisiya əməkdaşlığına, o cümlədən birgə layihələrin reallaşdırılmasına yönəldiləcək.

Rəsmi danışıqlar həm təkbətək, həm də geniş tərkibli formatda keçiriləcək.

Prezidentlər, həmçinin nəqliyyat-logistika, səhiyyə, təhsil, informasiya-kommunikasiya texnologiyaları, idman, turizm və digər sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçirəcəklər.

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …