Bazar ertəsi , May 6 2024
Ana səhifə / Siyasət / Əfqan Muxtarlı ilə bağlı qətnaməyə XİN-dən reaksiya – “Qərəzlidir”

Əfqan Muxtarlı ilə bağlı qətnaməyə XİN-dən reaksiya – “Qərəzlidir”

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Parlamentində Azərbaycan ilə əlaqədar qəbul edilmiş qətnaməyə münasibət bildirib.

Azinforum.az xəbər verir ki, XİN nümayəndəsi qətnaməni qərəzli adlandırıb:

“2017-ci il iyunun 15-də Avropa Parlamenti tərəfindən Əfqan Muxtarlı ilə bağlı qətnamə qəbul edilib. Cəmi 20 dəqiqəyə yaxın davam edən müzakirələr nəticəsində qəbul edilmiş bu qərəzli və uydurma xarakterli sənəd heç bir hüquqi qüvvəyə malik deyil və hər hansı hüquqi və digər nəticə doğurmur.

Eyni zamanda, qətnamənin qəbul edilməsinin təxirə salınması ilə bağlı keçirilmiş səsvermədə səslər arasındakı fərqin az olması Avropa Parlamentində Azərbaycanla əlaqələrə əhəmiyyət verən kifayət qədər deputatın olduğunu göstərir. Belə ki, sözügedən sənədin təxirə salınması təklifinə 272 deputat dəstək verib və 27-si bitərəf qalıb”.

Həmçinin oxuyun

ABŞ konqresmeni Azərbaycandan rüşvət almaqda ittiham olunur

Henri Kuellarla həyat yoldaşı İmelda Kuelların 600 min dollar pul aldığ bildirilir ABŞ Nümayəndələr Palatasının …

Bir cavab yazın