Ana səhifə / Siyasət / Yeni manat olmayacaq – AÇIQLAMA

Yeni manat olmayacaq – AÇIQLAMA

Elman Rüstəmov məsələyə aydınlıq gətirdi.

Azərbaycan manatının denominasiyasını həyata keçirməyə lüzum yoxdur.

Azinforum.az  APA-ya istinadən bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elmar Rüstəmov bildirib.

E. Rüstəmovun sözlərinə görə, sosial şəbəkələrdə yeni pul nişanlarını çap olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir:

“Bu, uydurmadır. Bildiyiniz kimi, denominasiyanı həyata keçirmək üçün milli valyutada qüsurlar olmalıdır. Bundan başqa, hiperinflyasiya olmalıdır. Hal-hazırda Azərbaycanda hiperinflyasiya müşahidə olunmur və milli valyutada qüsurlar yoxdur. Buna görə, indiki şəraitdə denominasiyaya lüzum yoxdur”, – deyə E. Rüstəmov bildirib.

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …

Bir cavab yazın