Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Siyasət / Binə” ticarət mərkəzində son durum

Binə” ticarət mərkəzində son durum

Xəbər verildiyi kimi, yanvarın 18-də “Binə” ticarət mərkəzində çalışan tacirlər dinc aksiya keçirmişdilər. Onlar mağazalarını bağlayaraq, gömrük rüsumunun və icarə haqqının həddən artıq çox olmasına görə narazılıq etmişdilər.

Musavat.com saytı bu gün yenə tacirlərin durumu ilə maraqlanıb. Sahibkarların saytımıza verdiyi məlumata görə, onlardan bir qismi işə çıxmasa da, əksəriyyəti mağazalarını açaraq, işləyir. Lakin onlar qrup-qrup toplaşaraq, dükanlarını tamamilə qapadıb, getmək haqda müzakirələr aparırlar. Çünki bu vəziyyətdə onlar daha da maddi ziyan çəkir, qazanc edə bilmirlər.

Həftənin son günlərində sahibkarların öz tələblərinin yenidən səsləndirəcəkləri gözlənilir.

Hazırda ticarət mərkəzində alıcı azlığı da müşahidə olunur.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın