Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Siyasət / Maşın ehtiyat hissələri bazarında etiraz aksiyası keçirilir

Maşın ehtiyat hissələri bazarında etiraz aksiyası keçirilir

Bakının Babək prospektində yerləşən, paytaxtın ən böyük maşın ehtiyat hissələri bazarında bu gün yer haqqlarının azaldılması tələbi ilə aksiya keçirilib.

Virtualaz.org saytının hadisə yerində olan əməkdaşı xəbər verir ki, hazırda 50-dək mağaza sahibi yer haqqlarının azaldılmasını tələb edir. Bazar rəhbərliyinə yaxın şəxslər satıcılardan onların dağılışmasını tələb edir. Ərazidə polis əməkdaşları olsa da, onlar aksiyanı kənardan izləyir.

Mağaza sahibi Nizami Məmmədov saytımızın əməkdaşlarına deyib ki, dolların məzənnəsi qalxandan sonra alver zəifləyib: “Dollar bahalaşandan sonra firmalar nisyə mal vermir. Bəzən günlərlə heç nə satılmır. Maşın sahibləri məcburiyyət qarşısında qalmayanadək mal almırlar. Buna görə də, mağazalar bağlanır”.

Digər aksiya iştirakçısı isə toplaşaraq bazar rəhbərliyi ilə danışmaq istədiklərini dedi: “Biz yalnız yer haqqının azaldılmasını istəyirik. Əlavə heç bir tələbimiz yoxdur”.

Aksiya iştirakçıları bir neçə gün əvvəl də yer haqqlarının azaldılmasını tələb etdiklərini söylədilər. Hazırda bazar rəhbərliyi ilə danışıqlar aparılır

Həmçinin oxuyun

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşəcəklər

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan mayın 16-da Cenevrədə görüşəcəklər. AzVision.az “Sputnik …

Bir cavab yazın