Ana səhifə / Siyasət / Vəkillər Kollegiyasının sədri istefaya getdi

Vəkillər Kollegiyasının sədri istefaya getdi

Vəkillər Kollegiyasının sədri Azər Tağıyevin vəzifəsindən istefa verdiyi bildirilir.

Virtualaz.org-a daxil olan məlumata görə, Azər Tağıyev səhhətində olan problemə görə belə addım atmağa məcbur olub.

Qeyd edilib ki, qurumun Nizamnaməsinə uyğun olaraq, növbəti qurultayadək Vəkillər Kollegiyası sədrinin səlahiyyətlərini Azər Tağıyevin müavini Fərhad Nəcəfov icra edəcək.

Ancaq səlahiyyətli mənbələrin məlumatına görə, hakimiyyət A.Tağıyevin səmərəsiz fəaliyyətindən narazı imiş və onu faktiki olaraq istefaya məcbur ediblər.

Ekspertlər də təsdiq edirlər ki, son illərdə Vəkillər Kollegiyası səmərəsiz, formal bir təşkilata çevrilmiş, ictimaiyyət arasında vəkillik institutunu ümumiyyətlə nüfuzdan salmışdı.

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …