Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Referendumun keçirilməsi ciddi səhvdir” – Cavad Zərif

“Referendumun keçirilməsi ciddi səhvdir” – Cavad Zərif

İran İraq kürdlərinin keçirdiyi referendumu ciddi səhv kimi qiymətləndirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran XİN rəhbəri Mohammed Cavad Zərif bildirib.

“Düşünürük ki, bu ciddi səhvdir. Biz kürdlərin daimi dostu olaraq qalırıq. Ancaq referendumun strateji səhv hesab edirik”,- deyə Nazir vurğulayıb.

Qeyd edək ki, sentyabrın 25-də İraq Kürd Regional Hökuməti müstəqillik üçün referendum keçirib. Səsvermənin nəticələrinə əsasən 92,73 faiz seçici İraqdan ayrılmağın leyhinə səs verib.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …