Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Bakıda növbəti Bal yarmarkası keçiriləcək

Bakıda növbəti Bal yarmarkası keçiriləcək

Oktyabrın 10-dan noyabrın 5-dək Bakıda növbəti bal yarmarkası keçiriləcək.

Virtualaz.org-un məlumatına görə, “Amay” ticarət mərkəzində keçiriləcək yarmarkada iştirak etmək üçün 324 arıçı qeydiyyatdan keçib.

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov builki yarmarkada iştirakçıların sayının artdığını deyib: “Ötən il yarmarkada 256 arıçı iştirak etmişdisə, bu il onların sayı 324 nəfərə çatıb. Hazırda yarmarkaya təqdim edilən balların keyfiyyət təhlili aparılır. İştirakçılardan 20 faizinin təqdim etdiyi balın keyfiyyəti standartlara cavab vermir. Fikrimcə, bu il yarmarkada 300 tona yaxın bal təqdim olunacaq”.

Onun sözlərinə görə, ötən il yarmarkada 71,7 ton, 2015-ci ildə 250 ton bal təqdim olunmuşdu.

B.Həsrətov onu da qeyd edib ki, alıcılar yarmarkada aldıqları balın keyfiyyətini yoxlaya bilərlər: “Yarmarkada alınan məhsulun keyfiyyətini yoxlamaq üçün xüsusi laboratoriya quraşdırılacaq. Balı alan müştərilər bu laboratoriyada məhsulu yoxlaya bilərlər”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …