Cümə axşamı , May 2 2024
Ana səhifə / Cəmiyyət / Səlim Müslümov: “Mən belə şər-böhtanlara qulaq asmıram”

Səlim Müslümov: “Mən belə şər-böhtanlara qulaq asmıram”

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu günlərdə mətbuat və sosial mediada özü haqda yayılan məlumatlara münasibət bildirib.

Azinforum.az xəbər verir ki, Milli Məclisdə jurnalistlərə açıqlama verən nazir Bakıda yeni villa tikdirməsi ilə bağlı xəbərə belə münasibət bildirib:

“Bakıdakı bütün villalar mənimdir. Qoy, çəksinlər! Altında da yazsınlar ki, Səlim Müslümovundur. Mən belə şər-böhtanlara qulaq asmıram. Kim, nə istəyirsə yazsın”.

Xatırladaq ki, nazirin yeni villa tikdirməsi ilə bağlı məlumatı blogger Mehman Hüseynov gündəmə gətirmişdi. O, Müslümovun olduğu iddia edilən villanın qarşısında video çəkərək sosial mediada yaymışdı.

Həmçinin oxuyun

MSK sabah Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxacaq

Mərkəzi Seçki Komissiyasının (MSK) mayın 2-də keçiriləcək iclasında Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə …

Bir cavab yazın