Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Şəhid pilotlarımız və polkovnik-leytenant dəfn edildi

Şəhid pilotlarımız və polkovnik-leytenant dəfn edildi

Şəhid pilotlar və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı II Şəhidlər xiyabanında torpağa tapşırıblar.

Dəfn mərasimində şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, müdafiə naziri Zakir Həsənov, sərhəd qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev, hərbi prokuror Xanlar Vəliyev, silahlı qüvvələrin baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov, hərbi hava qüvvələrinin komandanı, general-leytinant Ramiz Tahirov da iştirak edib.

Yaylım atəşi açıldıqdan sonra Azərbaycanın dövlət himni səsləndirilib. Şəhidlərin tabutu bükülmüş bayraq yaxınlarına verilib. Dəfn zamanı “Şəhidlər ölməz, vətən bölünməz” şüarı səsləndirilib.

Şəhid pilotlarımız və polkovnik-leytenant

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın