Bazar ertəsi , May 6 2024
Ana səhifə / Siyasət / Sabah ölkədə 40 dərəcə isti olacaq – Proqnoz

Sabah ölkədə 40 dərəcə isti olacaq – Proqnoz

Ölkə ərazisində günəşli, isti hava şəraiti yaxın 2-3 gün ərzində də müşahidə ediləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Mia.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 30-da hava günəşli olacaq. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 23-26, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacaq.

Həmçinin oxuyun

ABŞ konqresmeni Azərbaycandan rüşvət almaqda ittiham olunur

Henri Kuellarla həyat yoldaşı İmelda Kuelların 600 min dollar pul aldığ bildirilir ABŞ Nümayəndələr Palatasının …

Bir cavab yazın