Ana səhifə / Siyasət / Razi Nurullayev parlamentdə çıxış etdi: “Olmaz belə, vallah olmaz”

Razi Nurullayev parlamentdə çıxış etdi: “Olmaz belə, vallah olmaz”

“Sərhədləri açın, olmaz belə, vallah olmaz”.
Bunu Milli Məclisin deputatı Razi Nurullayev parlamentdə çıxışı zamanı səsləndirib.
Deputat bildirib ki, bu gun Parlamentin plenar iclasında quru sərhədlərinin açılmasının vacibliyini vurğulayb:
“Quru sərhədlər mütləq açılmalıdır və elə günü bu gün, sabah. Sərhəddə qalan vətəndaşlarımız yazıqdırlar. Onlar öz vətəninə niyə qayıda bilmirlər? Bu onların konstitusiya hüquqlarının pozulmasıdır. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq maddəsi, Maddə 28. Azadlıq hüququ:
IV. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır.
Ölkəyə dönmək onların haqlarıdır. Heç bir qanun, qərar konstitusiya maddəsindən üstün ola bilməz”.

Həmçinin oxuyun

ABŞ konqresmeni Azərbaycandan rüşvət almaqda ittiham olunur

Henri Kuellarla həyat yoldaşı İmelda Kuelların 600 min dollar pul aldığ bildirilir ABŞ Nümayəndələr Palatasının …