Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Qazaxıstandan Qarabağ məsələsində Azərbaycana dəstək

Qazaxıstandan Qarabağ məsələsində Azərbaycana dəstək

“Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağ münaqişəsində Azərbaycana daim dəstək verir”

Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev deyib.

Diplomat bildirib ki, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulmuş dostluq və qardaşlıq münasibətlərini bu gün dövlətlərimizin başçıları uğurla davam etdirirlər.

“Azərbaycanı və Qazaxıstanı çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələri birləşdirir. Ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil və digər sahələrdə əməkdaşlıq mövcuddur”, – deyə səfir vurğulayıb.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …