Ana səhifə / Siyasət / Polkovnik Volodya Avetisyan:”Putin gedəcək, bu oyunu təşkil edən o idi”

Polkovnik Volodya Avetisyan:”Putin gedəcək, bu oyunu təşkil edən o idi”

Ermənistanın yüksək rütbəli hərbçilərindən biri, Qarabağdakı işğal ordusunun polkovniki Volodya Avetisyan Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın işğal etdiyi 7 Azərbaycan rayonunun işğaldan azad edilməsinin zəruriliyi barədə bu yaxınlardakı çıxışını şərh edib.

Virtualaz.org onun lragir.am saytına verdiyi müsahibəyə istinadən bildirir ki, Rusiyanın ali siyasi rəhbərliyinin, o cümlədən Vladimir Putinin ünvanına xoşagəlməz ittihamlar Ermənistan ordusundakı əhval-ruhiyyənin və ali komandanlıq heyətinin Rusiyaya münasibətinin göstəricisidir.

“Bu, qəbuledilməzdir, heç bir rayon, bir qarış belə torpaq vermək olmaz. Biz o torpaqları azad etmişdik. Onlar min illərlə ermənilərin olub. Putin və başqaları gələcək və gedəcəklər, bu oyunları təşkil edən onlar idi, lakin onlar gedəcək, biz isə qalacaq və torpağımızı qoruyacağıq”, – deyə V. Avetisyan açıqlamasında vurğulayıb.

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …