Bazar ertəsi , May 6 2024
Ana səhifə / Siyasət / Oqtay Şirəliyevin oğluna yeni vəzifə verildi

Oqtay Şirəliyevin oğluna yeni vəzifə verildi

Beynəlxalq Bankın Rusiyadakı törəməsinin Müşahidə Şurasının yeni tərkibi açıqlanıb
“Azərbaycan Beynəlxalq Bankı-Moskva” ASC-nin (“ABB-Moskva”) Müşahidə Şurasının tərkibi açıqlanıb.
“APA-Economics”in xəbərinə görə, şuranın sədri Murad Oqtay oğlu Şirəliyevdir. Qeyd edək ki, M. Şirəliyev ABB-nin İdarə Heyətinin sədr müavinidir. O, səhiyyə naziri Oqtay Şirəliyevin böyük oğludur.
Müşahidə Şurasının digər iki üzvü isə İslamov Fuad Rafik oğlu və Dadaşov Məzahir Haqverdi oğludur. F. İslamov ABB-nin baş direktoru, M. Dadaşov isə ABB-nin Risklərin idarə edilməsi departamentinin direktorudur.
Xatırladaq ki, bundan öncə Müşahidə Şurasının sədri Hüseynov Qubad Əbdül Hüseyn oğlu olub. Q. Hüseynovun rəhbərliyi dönəmində şuranın üzvləri Həbibullayev Elmir Şirin oğlu və Hüseynov İlqar Orucəli oğlu olub. Əlavə edək ki, E. Həbibullayev hazırda ABB-nin baş direktorudur.

Həmçinin oxuyun

ABŞ konqresmeni Azərbaycandan rüşvət almaqda ittiham olunur

Henri Kuellarla həyat yoldaşı İmelda Kuelların 600 min dollar pul aldığ bildirilir ABŞ Nümayəndələr Palatasının …

Bir cavab yazın