Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Ombudsman ermənilərin dağıtdığı məzarlarla bağlı missiyaya başladı (FOTOLAR)

Ombudsman ermənilərin dağıtdığı məzarlarla bağlı missiyaya başladı (FOTOLAR)

Ombudsman Səbinə Əliyeva işğaldan azad olunmuş Füzuli rayonundakı qəbiristanlıqların işğal dövründə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılması ilə bağlı faktaraşdırıcı missiya həyata keçirir.
Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə ölkəmizə qarşı ağır artilleriya qurğularından, qadağan olunmuş silahlardan istifadə edilməsi nəticəsində, eləcə də birbaşa qəsdlə Füzuli rayonunda da bütün mülki obyektlər, yaşayış məntəqələri, tarixi-mədəni, dini abidələr, hətta soydaşlarımızın dəfn olunduğu qəbiristanlıqlar da amansızcasına dağıdılib.
Faktaraşdırıcı səfər çərçivəsində Füzuli şəhəri və rayonun Qaraxanbəyli, Dədəli, Kürdlər kənd qəbiristanlıqlarının vəziyyəti ilə bağlı monitorinq aparılıb. Yerində araşdırmaların nəticələrinə dair hesabat hazırlanaraq, beynəlxalq və regional təşkilatlara göndəriləcək.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …