Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Naxçıvan şəhərinin polis rəisi işdən çıxarılıb

Naxçıvan şəhərinin polis rəisi işdən çıxarılıb

Naxçıvan şəhər Polis İdarəsinin rəisi, polkovnik Cavid Qasımov tutduğu vəzifədən azad olunub. Bu barədə AzPolitika.info-ya MR-dəki mənbələrdən məlumat daxil olub.

Bir neçə gün əvvəl vəzifəsini tərk edən C.Qasımovun yerinə təyinat hələ ki, olmayıb.

Bəzi məlumatlara görə, C.Qasımov təqaüd yaşının çatması ilə əlaqədar polis orqanlarından xaric olunub. Lakin onun işində yol verdiyi ciddi qüsura görə cəzalandırıldığını bildirən mənbələr də var.

2014-cü ilin fevral ayında Naxçıvan polisinin başına gətirilən C.Qasımovun MR Daxili İşlər naziri Əhməd Əhmədovun kadrı olduğu bildirilirdi.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın