Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Müstəntiqlərin sayı artırılsın! – Deputatdan təklif

Müstəntiqlərin sayı artırılsın! – Deputatdan təklif

“Polis müstəntiqlərinin sayı mütləq artırılmalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu təkliflə deputat Çingiz Qənizadə çıxış edib. O  bildirib ki, bu gün Daxili İşlər Nazirliyində çalışan polis müstəntiqlərinin icraatında 20-25 material cinayət işləri var. Belə olan halda işin obyektivliyindən danışmaq çətin olur. Hər rayonda heç olmasa müstəntiqlərin sayı 2-3 nəfər artırılsın ki, bunun müsbət nəticələrini görək”.

Bundan əlavə, deputat iş adamlarının Gürcüstana üz tutmasının səbəbindən də danışıb: “Bu gün iş adamları Gürcüstana üz  tutur. Bunun səbəbini niyə araşdırmırıq?  Niyə Gürcüstan modelini Azərbaycanda tətbiq etmirik? Bizdən ora axın  vergi siyasətinə görədir. Biz daha çox iş yeri və daha az vergi siyasəti tətbiq etməliyik”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …